Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2015

Əsəbləri pozulan gənc özünü quyuya atdı

Lənkəranda özünəqəsd hadisəsi olub. 1989-cu il təvəllüdlü Əli Bayramov özünü öldürmək məqsədi ilə Kərgəlan kəndindəki yaşadığı evin həyətindəki su quyusuna atıb.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, Əli Bayramov su quyusuna özünü öldürmək məqsədilə atıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Ə.Bayramovu quyudan çıxaran FHN əməkdaşları onu xəstəxanaya gətiriblər. "O xəstəxanaya daxil olan zaman heç bir xəsarəti yox idi. Onun tək problemi psixologiyası ilə bağlı idi. Belə ki o uzun müddətdir ki, psixoloji xəstəliklərdən əziyyət çəkir. Lənkəran Psixologiya Mərkəzi söküldüyü üçün, onu psixi müayinə edilməsi üçün Bakıya aparıblar"- deyə xəstəxanadan bildirdilər.

Qeyd edək ki, adı çəkilən şəxs uzun müddətdir ki psixoloji pozğunluq və əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün dəfələrlə müalicə alıb./ans/
725 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber