Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2015

İraqın Bici məntəqəsində 900 İŞİD ünsürü məhv edilib!

Nur-az.com shia-news.com-a istinadən:
İraq dövlət qoşunları və xalq qüvvələrinin Bici məntəqəsində həyata keçirdiyi birgə əməliyyatda 900 İŞİD ünsürünün öldürüldüyü və 2000-dən çoxunun isə yaralandığı, həmçinin onlara mənsub çoxlu sayda hərbi təchizat və texnikanın məhv edildiyi bildirilir. Məlumat üzrə hələlik Səlahəddin vilayətinin şimalında yerləşən bu bölgədə şiddətli döyüşlər davam edir.
Səlahəddin vilayəti üzrə ordu generalı Cümə İnad bildirib ki, qoşunlarımız məntəqədə yerləşən terrorist düşərgələrinə böyük zərbələr endirib. Ordu könüllü xalq qüvvələri ilə birgə İŞİD-ə ağır zərbələr endirərək onları o məntəqədən uzaqlaşdıra bilib.
Həmçinin digər məlumatda terroristlər tərəfindən Səqlaviyyə və Fəllucə ətrafında yerləşdirilən 4000-dən çox mina və s. partlayıcı maddələrin zərərsizləşdirildiyi xəbər verilir.
729 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı