Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2015

İŞİD hələ də böyük cinayətlər törədir!

Fəllucədə yeddi qadın qətliam edilib!

Nur-az.com shia-news.com-a istinadən:
Bu cinayət və faciənin cümə günü gecə Fəllucə şəhərində baş verdiyi məlumat verilir. Məntəqə üzrə qadın hüquqları komitəsinin rəhbəri xanım Huna əl-Nofəli beynəlxalq insan hüquqları təşkilatlarından bu ölkədə İŞİD tərəfindən qadınlara qarşı törədilən belə amansızlıqların qarşısının alınmasını tələb edib.
İŞİD əl-Ənbar vilayətində yerləşən əl-Rəmadi və Fəllucə şəhərlərinin mühasirəsindən sonra yerli əhalinin məntəqəni tərk etməyinin qarşısını almaq üçün son vaxtlar onların başına olmazın cinayətlər açır, lazım gəldikdə, döyüşlərdə sipər kimi istifadə edir.
Verilən son xəbərlərə əsasən, Fəllucənin terroristlər tərəfindən on səkkiz aydan çox sürən istilasına artıq bu yaxınlarda son qoyulacağı gözlənilir.
747 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber