Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2015

Göygöldə kənd sakinləri ilə polislər arasında DAVA: 2 polis döyüldü

Göygöldə iki polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən döyülüb.

Hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinin sahə rəisi, 1973-cü il təvəllüdlü mayor Habil Əliyev və bölmənin tədqiqatçısı, 1981-ci il təvəllüdlü Ramin Həmidov xidməti vəzifələrinin icrası ilə əlaqədar ötən axşam Çaylı kəndinə gediblər.

Kənd sakinləri ilə aralarında yaranan mübahisə zəminində bir neçə kənd sakini onları döyüb. Müxtəlif bədən xəsarətləri alan polislər Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin kafi olduğu bildirilir./apa/
719 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq
19.01.17, 22:46