Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2015

FİFA prezidentinin başına dollar səpdilər

FİFA icraiyyə komitəsinin növbədənkənar iclası ilə bağlı ictimaiyyəti məlumatlandırmaq istəyən qurumun prezidenti Yosef Blatter zalda şok dəqiqələr yaşayıb.

Ali futbol qurumunun rəhbərinə hamının gözü önündə pul təklif olunub. Hadisədən şoka düşən ali futbol qurumunun rəhbəri köməyə mühafizə xidmətini çağırıb. Blatterə etiraz edən şəxs onu rüşvətxorluqda ittiham edərək son anda əlində olan dollar dəstini FİFA prezidentinin başı üzərinə səpələyib.

Daha sonra Blatter FİFA-da çirkin işlərlə məşğul olmadıqlarını və bu hadisənin ona təxribat olaraq hazırlandığını mətbuat konfransı iştirakçılarının diqqətinə çatdıraraq zalı tərk edib.
Qalmaqalın səbəbkarını FİFA-nın təhlükəsizlik xidməti İsveçrə polisinə təhvil verib.
652 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı