Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2015

Ukraynada sorğu dünyanı heyrətə gətirdi

Ukraynanın ictimai araşdırma qurumlarından olan Kiyev Beynəlxalq Sosiologiya İnstitutu (KİİS) maraqlı araşdırma aparıb.

Aaraşdırmanın nəticəsi Ukrayna vətəndaşlarının yarısından çoxunun Prezident Petro Poroşenko ilə Baş nazir Arseniy Yaçenyukdan narazı olduğunu göstərir.

Araşdırmanın nəticələrinə görə, Ukrayna vətəndaşlarının 55.4%-i Poroşenkonun işlərini mənfi qiymətləndirir. Prezidentin fəaliyyətindən razı olanlar isə cəmi 27%-dir. Baş nazirdən narazı olanların sayı da az deyil - 66.7%. Sorğuya cəlb edilən respondentlərin yalnız 16.8%-i Yaçenyukdan razılıq edib.

İyulun sonlarında seçki keçirilərsə, Poroşenkonun yenə ən çox səs toplayan namizəd olacağı da sorğuda müəyyənləşib. Vətəndaşların 27%-i hazırki dövlət başçısının lehinə səs verib. İkinci sırada isə 26.6% səslə Yuliya Timoşenko gəlir.

Qeyd edək ki, ölkənin 110 yaşayış məntəqəsində 27 iyun-9 iyul tarixləri arasında aparılan araşdırmada 18 yaşdan yuxarı 2 min 44 nəfər iştirak edib.

Sorğunun nəticələri beynəlxalq ictimaiyyətin diqqətini çəkib./axar/
766 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:41