Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2015

PKK Qarsda 7 yük maşınını yandırdı

Qarsın Kağızman mahalında bir qrup PKK-çı yolu kəsərək 7 yük maşınını yandırıb.

“Anadolu” agentliyinin məlumatına görə, insident Ərzurum-Qars-İqdır magistral yolunun Kağızman rayonundan keçən hissəsində baş verib.

Təxminən 30 PKK üzvü maşınları dayandırıb, şüarlar səsləndirib, sonra isə sürücüləri avtomobildən düşürərək nəqliyyat vasitələrinə od vurublar. Hadisə yerinə yanğınsöndürən briqadaları cəlb edilib.
850 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...