Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2015

İntihar həddinə çatdırılmış Azərboru fəhlələri

Salam. Sizdən atrıq dərəcədə xahiş edirik Sumqayıtda yerləşən Azərboru "ASC" zavodundakı fəhlələrin acınacaqlı vəziyyətini və çox pis çıxılmaz vəziyyətdə qalmalarını saytınızda geniş işıqlandırasınız. 

İlham Əliyev bu günlərdə bəzi mətbuat orqanlarını mükafatlandırdı. İndi başa düşürük niyə. Çünki artıq 90% Azərbaycandakı mətbuat orqanlarına məktub yazmışıq zavodumuzdakı vəziyyətlə bağlı. Heç kim heç nə yazmır. Ümidimiz sizədir. Bu ramazan bayramında ailələrimiz ac qaldı, 3 aydır maaş verilmir, banklara olan kredit borcumuzu vaxtında ödəyə bilmədiyimizə görə bank tərəfindən əlavə gecikmə faizi alırlar. Zavod rəhbərliyi zavodun inkişafı üçün ayrılmış pulları aidiyyəti üzrə xərcləməyib.

Bütün işçilər hər 1 aydan bir 67%-nən evə buraxılır. Aldığımız pul 120-167 manat civarındadır. Çox vaxt pul yarı-yarı verilir. Onda da bilmirik bankı ödəyək, yoxsa ailəmizə çörək alaq. Zavodu zəbt edən idarə heyəti zavodda yemək verirdi. Artıq üç aydır yemək verilmir. Zavodda ümumi işçilərdən 5% işdə hal hazırda saxlanılır. O da BAKU STEEL COMPANY şirkətinin sifarişlərini yerinə yetirmək üçün. Zavod rəhbərliyinin üzvü Oqtay adlı şəxs insanlar şikayət üçün bir yerə yığılanda deyir ki, KİMƏ SƏRF ELƏMİR İŞLƏMƏSİN. Aydındır ki, burada məqsəd insanları bezdirib onları iş yerlərini tərk etməyə sövq etməkdir. Lakin bu məqsəd özü hansı böyük başqa məqsədlər güdür anlamırıq. Artıq bir qism insanlar işdən çıxıblar. Biz işləyə biliriksə niyə işdən çıxmalıyıq. Zavodu işlədə bilməyənlər işdən çıxsınlar.

Hörmətlə Azərboru zavodunun fəhlələri adından Yunis.
1655 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber