Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2015

Azərbaycan vətəndaşının daxil olduğu cinayətkar dəstə zərərsizləşdirildi

Azərbaycan vətəndaşının əvvəllər məhkumluq həyatı yaşadığı bildirilib

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna və Avropa İttifaqı ölkələrindən Rusiyaya qanunsuz odlu silah daşıyan aralarında Azərbaycan vətəndaşının olduğu mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib.

FTX-nin keçirdiyi əməliyyat tədbiri nəticəsində kriminal bizneslə məşğul olan dəstənin təşkilatçıları Smolensk vilayətində növbəti silah partiyasını qəbul edərkən yaxalanıblar.

Ümumilikdə FTX eyni vaxtda Rusiyanın 12 regionundan cinayətkar dəstənin 14 nəfər fəal üzvünü yaxalayıb. Saxlanılanlar arasında əvvəllər məhkumluq həyatı yaşamış Azərbaycan vətəndaşı da olub. Həmin dəstənin üzvlərindən 3 nəfərinin fəaliyyətdə olan polis əməkdaşı olduğu bildirilib.

Odlu silahların qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat tədbirləri nəticəsində 150 ədəd Rusiya və xarici ölkə istehsalı olan odlu silah ələ keçirilib. Bu silahlar arasında "Kalaşnikov" avtomatı, pulemyot, karabin, tüfəng, müxtəlif növ tapançalar-"Qlok", "ÇeZet", "Dezet İql", "Beretta", revolverlər, qumbara və qumbaraatanlar, 2500-dən çox müxtəlif kalibrli güllələr, 10 kiloqramdan çox partlayıcı maddə və detonatr aşkar edilib.

Bundan başqa, güc strukturları tərəfindən həmin cinayətkar dəstəyə məxsus silahları modernləşdirən və güllə istehsal edən sexləri aşkarlanaraq məhv edilib./apa/
721 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber