Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Daha bir jurnalist ailəsində faciə - Həkim səhlənkarlığı

AMEA-nın əməkdaşı, jurnalist Abbasova Səadət Cabbar qızının anası yıxılıb ayağı burxulduğu üçün müraciət etdiyi Biləcəri Dəmiryol xəstəxanasnda ilk tibbi müdaxilə zamanı vurulan iynədən dünyasını dəyişib.


Anasının ölümündə xəstəxananın həkimlərini günahlandıran Səadət Abbasovanın dediyinə görə, xəstəxanaya çatanda anasının qan təzyiqi düşməyə başlayıb. Rentgen etmək üçün aldıqları otaqda anasının ürək xəstəsi olduğunu bildirdikləri halda, həkimlər xəstəyə sistem köçürmək üçün damarından ard-arda bir neçə iynə vurublar və elə iynələrin altındaca xəstə keçinib.

Səadət xanım bu barədə Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vurub şikayət etmək istəsə də, ona Biləcəri Dəmiryol Xəstəxanasının Səhiyyə Nazirliyinə aid olmadığını deyiblər: “Səhiyyə Nazirliyindən bildirdilər ki, bu xəstəxananın onlara aydiyyəti yoxdur, bunun üçün Baş İdarəylə əlaqə saxlamalıyam”./aznyus/
1707 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.07.17, 09:28
Bakıda qan töküldü
Go to TOP