Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2015

Türkiyəyə dəhşət yaşadının anası: 6 aydır ki...

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda 32 nəfərin ölümünə səbəb olan terror aktını törətməkdə əsas şübhəli bilinən Ədurrəhman Alagözün anası danışıb.

20 yaşlı gəncin anası Semüre Alagöz bildirib ki, o, oğlu ilə sonuncu dəfə Ramazan ayından əvvəl telefonla danışıb.

Ananın sözlərinə görə, oğulları Ədurrəhman və Yunus Alagöz 6 ay əvvəl ölkəni tərk ediblər.

"Oğlum Ədurrəhman rəngsaz idi. Adıyaman rayonunda böyük qardaşı Yunusla işləyirdi. Evi o ikisi dolandırırdı. Xaricə əvvəlcə Ədurrəhman getdi, sonra isə Yunus. 6 yadır ki, Türkiyədə deyillər. Nə iş gördüklərini bilmirəm, demirdilər. Sadəcə yaxşı olduqlarını və narahat olmamağımı deyirdilər. İnanın ki, hansı ölkəyə getdiyini də bilmirəm. Yaxın vaxtlarda geri qayıdacaqlarını demişdilər. İŞİD-ə qoşulub-qoşulmadıqlarını və ya Suriyada döyüşlərə gedib-getmədiklərini də bilmirəm", - Semüre Alagöz deyib.

İyunun 19-da Şanlıurfa vilayətində Amara mədəniyyət mərkəzinin qarşısında terrorçu kamikadze özünü partladıb. Patlayış nəticəsində 32 nəfər ölüb, 100-dən adam yaralanıb. Terror aktını İŞİD terrorçu qruplaşmasının üzvü olan 18 yaşlı gənc qızın törətdiyi bildirilirdi. Lakin sonradan məlum olub ki, terrorçu kamikadze qadın paltarı geyinmiş gənc oğlandır./ans/
778 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:39