Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2015

ÜST: Son 5 ayda Yəməndə 3 640 nəfər ölüb, 17 302 nəfər yaralanıb

Ərəbistanın vəşicəsinə təcavüzündən sonra Yəməndə ölənlərin sayı 3 500-ü keçib, 17 mindən çox insan yaralanıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat katibi Kristian Lindmeyer BMT-nin Cenevrədəki iqamətgahında keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Ərəbistanın təcavüzü 19 mart - 10 iyul tarixləri arasında 3 640 nəfər ölüb, 17 302 nəfər yaralanıb.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının mətbuat katibi Rupert Kolville də ölən mülki vətəndaşların sayının 693, yaralıların sayının 3 820-yə çatdığını söyləyib. O, həmçinin Yəmənin əd-Dali şəhərindəki mühasirənin humanitar yardımların çatdırılmasına ciddi əngəl törətdiyini bildirib.
924 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber