Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2015

İraq ordusu 60-dan çox İŞİD terrorçusunu məhv edib

İraq Silahlı Qüvvələrinin bölmələri və federal polis ölkənin qərbində İŞİD terror təşkilatının 60-dan çox üzvünü məhv etməyə müvəffəq olub.

SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verib: "Federal polis qüvvələri Hasiba-əş-Şarkiya (Ramadi şəhərinin şərqində) rayonunda ekstremistlərə məxsus beş nəqliyyat vasitəsini məhv edib. Bu məhəllədə onlar həm də hücuma məruz qalıblar, lakin hücum dəf edilib, nəticədə 21 terrorçu zərərsizləşdirilib.

Ramadinin bu qurtaracağında baş verən digər iki toqquşmada təxminən 15 radikal məhv edilib.

Əl-Karama şəhərindən şərqdə yerləşən digər rayonda "Bağdad" əməliyyat qərargahının tabeliyində olan dəstələr iki terrorçu və onlara məxsus üzərində iriçaplı pulemyot quraşdırılmış üç avtomobili məhv edib."

Ötən gün İraq Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələr 58 döyüş uçuşu həyata keçirib, nəticədə 29 ekstremist, eləcə də bir sıra istehkam və içərisində silah və sursat olan anbar məhv edilib.
1051 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15