Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2015

Azərbaycanda cərrahlar xəstəlik yayır

Bəzən dövlət və özəl tibb müəssisələrində cərrahi əməliyyatlar, eləcə də başqa müayinələr zamanı istifadə olunan tibbi ləvazimatların yenidən istifadəsi hallarına rast gəlinir. Bunun nəticəsidir ki, cəmiyyətdə keçici xəstəliklərin çoxu məhz cərrahi əməliyyat sırasında yayılır fikiri formalaşıb. Məsələnin aktuallığını nəzərə alaraq keçici xəstəliklərdə tibbi ləvazimatların rolu ilə bağlı Azərbaycan Tibb Universitetinin Tədris-Cərahiyyə Klinikasının baş həkimi, tibb üzrə Fəlsəfə Doktoru Asiman Həsənovun fikirlərini öyrəndik.

Asiman Həsənov Modern.az saytına açıqlamasında bildirdi ki, cərrahiyyə tibbin ən aparıcı sahələrindən biridir və bu gün inkişaf edib: “Dünyada bütün cərrahiyyə sahələrində minimal invoziv, laparoskopik, endoskopik və lazer texnologiyaları tətbiqi ilə cərrahi əməliyyatlar aparılr. Bu zaman bir çox cərrahi sərf malzəmələrindən, tibbi materiallardan istifadə olunur.

Əvvəllər apardığımız cərrahi əməliyyatlarda minimum alətlər və işlətdiyimiz tibbi materiallar var idi ki, bu tibbi alətlərin də bəziləri sterilizasiyadan keçirilərək təkrar istifadə olunurdu. Amma müasir tibbdə yeni məfhum meydana gəlib. Belə ki, təkrar istifadə olunmayan tibbi sərf malzəmələrindən daha çox istifadə olunur. İstifadə olunan tibbi sərf materiallarının hamısı atılır. Təkrar istifadə olunan materiallar, ancaq alət və cihazlardır. Xəstənin qanı ilə təmasda olan bütün sərf malzəmələri, silikon və ya plastik borulardan tutmuş tikiş materialları, iynələrə qədər hamısı istifadədən sonra atılır. Bu tullantılar məişət tullantısı kimi hara gəldi atılmır. Xüsusi şirkətlər var ki, qeydiyyat şəraitində, tibbi sərf tullantıların və bioloji artıqların məhv edilməsi ilə məşğuldur. Bu da hər hansı bir yoluxma və zədələnmə ehtimalını sıfıra endirmək məqsədi daşıyır”.

Asiman Həsənovun sözlərinə görə, inkişaf etmiş ölkələrdə insanlar tibbi məsrəflərin az çıxmasından ötrü bəzi materialları təkrar istifadə etmək həvəsində olurlar: “Bu da bir çox infeksiyaların və xəstəliklərin yayılmasına səbəb olur. Bu, kəskin qınanılası haldır. Çünki virus daşıyıcısı olan xəstələrin əməliyyatında istifadə olunmuş tibbi ləvəzimatın başqa xəstələrin əməliyyatında istifadəsi yolverilməzdir.
1056 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber