Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Bahalaşmaya görə rayonlarda xalq ayağa qalxır?

Benzinin bahalaşmasından sonra bir neçə rayonda əhalinin ciddi şəkildə etirazlara qalxdığı barədə xəbər vermişdik. Jam.az-a çatan məlumatlarda Masallı, Saatlı və Astarada camaatın narazı qaldığı və etiraz etdikləri qeyd olunurdu.

Dünən gün ərzində o da məlum olmuşdu ki, Lənkəranın Liman şəhərində 150-yə yaxın şəxs yerli İcra Nümayəndəliyinin qarşısına toplaşıblar. Onlar benzinin qiymətinin artmasına etiraz ediblər. Gələn son xəbərlərdə isə bildirilir ki, daha iki rayonda camaat ayağa qalxıb. Belə ki, Ağcabədidə dünən gecə saatlarında onlarla sürücü yanacaqdoldurma stansiyalarına üz tutaraq, maşınlarını orada saxlayıb gediblər.

Ağcabədidə bu hadisədən dərhal sonra əraziyə polis göndərilib və avtomobilləri YDM-lərdən çıxararaq, cərimə meydançalarına aparıblar. Həmin maşınların sahiblərini müəyyənləşdirdikdən sonra onların evinə gedərək, polisə aparıblar. Lakin bu addımın rayonda narazılığı daha da artıracağından ehtiyat edərək, qısa müddətdə xəbərdarlıq edilməklə həmin şəxsləri buraxıblar.

Qazaxda isə 50-yə yaxın şəxs rayonun mərkəzində toplaşaraq, qiymətlərin artmasına etiraz edib. İcra Hakimiyyətinin yaxınlığında yerləşən parkda toplaşmış insanları da polisin hesabına dağıdıblar.
1948 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...