Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2015

Ərdoğanın İŞİD-i himayəsi öz başına bəla olub!

Nur-az.com shia-news.com-a istinadən:
İŞİD-in himayəsində suçlanan Ərdoğanın siyasəti əleyhinə bazar ertəsi İstanbulda kütləvi aksiyaya keçirilib. Polis iştirakçıları dağıtmaq üçün gözyaşardıcı qaz və susəpən maşınlardan istifadə edib.
“Reuters” bu aksiyanı Türkiyənin Suriya ilə sərhəd məntəqəsində yerləşən Soruç şəhərində baş verən intihar əməliyyatı partlayışından sonra təşkil edildiyini bildirib.
Məlumat verilir ki, İŞİD tərəfindən həyata keçən bu partlayışdan sonra otuz iki nəfər həlak olub və onların əksəriyyəti tələbələr imiş. Hadisədən sonra baş nazir Əhməd Davudoğlu bəyanat verib ki, ölkə İŞİD-lə mübarizəyə tam hazırdır və bu işdə ciddi əzm götürüb və bundan sonra sərhədyanı bölgələrdə təhlükəsizliyin təmininə dair lazımi tədbirlər görüləcək.
Amerikanın fars dilində yayılan “RadioFarda” saytı İŞİD barəsində terrorist sözünü işlətməkdən imtina edərək qeyd edib ki, Türkiyə dövləti kürdlər və müxalifət tərəfindən İslam Hakimiyyəti (İŞİD) qrupları ilə həmkarlıqda ittiham edilir.
778 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya