Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2015

İŞİD-in Türkiyədə düşərgələri üzə çıxdı

İŞİD-in Şanlıurfada düşərgələri var və bunu hər kəs bilir.

Bu barədə Türkiyə İnsan Haqları Dərnəyinin şöbə müdiri Atilla Yazar “Zaman” qəzetinə verdiyi açıqlmasında deyib. Onun sözlərinə görə, Türkiyədə baş verən Suruç hadisəsi əslində gözlənilən idi:

“Təl-Əbyad PYD-nin nəzarətinə keçdikdən sonra burdakı İŞİD-çilərin böyük bir qismi Türkiyəyə keçdi. Ancaq buna baxmayaraq, Şanlıurfada sadəcə üç İŞİD üzvü ələ keçirildi. Türkiyənin sərhədləri böyük təhlükə altındadır. Sərhədlərimizi qorumuruq, qorumaq da istəmirik. Üç illik hazırlıqlara baxmayaraq, ortada bir nəticə yoxdur. Araşdırmalarımıza görə, İŞİD daha çox Ağcaqala və Halfetidə fəaliyyət göstərir. Çünki bura onlar üçün çox rahatdır. Hətta Ceyranpınar təsərrüfatının onların düşərgəsi olduğu ortaya çıxmadımı? İŞİD buraları qana bulamaq istəyir. Terror şəbəkəsinin Şanlıurfada düşərgələri var və bunu hər kəs bilir”.
744 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber