Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyul 2015

İraq ordusu 60 İŞİD terrorçunu məhv edib

İraqın Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, bu ölkənin hökumət qüvvələri 60 İŞİD terrorçusunu məhv etməyə müvəffəq olublar.

"İtar-tass"ın verdiyi xəbərə görə, İraqın Silahlı Qüvvələri Xalq Könüllülərindən ibarət dəstə ilə birgə Ramadi şəhərində İŞİD terror qruplaşmasına qarşı anti-terror əməliyyatları keçiriblər. Bu anti-terror əməliyyatları zamanı 60 terrorçu və onların 5 nəqliyyat vasitəsi məhv edilib. Bununla yanaşı İran ordusu İŞİD terror qruplaşmasının pulemyotla təchiz edilmiş 3 avtomobilini partladıblar.

İraq aviasiyası havadan quru qoşunlara dəstək verərək İŞİD terror qruplaşmasının mövqelərinə aviazərbələr endiriblər. İraq ordusunun komandiri qeyd edib ki, hökumət qüvvələri Əl-Ənbar vilayətində genişmiqyaslı anti-terror əməliyyatlarına başlayıblar. Sözügedən vilayətin tez bir zamanda İŞİD terror qruplaşmasından azad olunacağı gözlənilir./deyerler/
699 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı