Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2015

Ferqüsonda yeni qaradərili polis rəisi təyin edildi

Polis əməkdaşları qaradərili yeniyetməni qətlə yetirdikdən sonra kütləvi iğtişaşların baş verdiyi ABŞ-ın Ferqüson şəhərində qaradərili şəxs polis rəisi təyin edilib. “Time” nəşrinin verdiyi xəbərə görə, yeni polis rəisi Andre Anderson mətbuat konfransında onun əsas vəzifəsinin sakinlər və polis arasında etimadın yaradılması olacağını bildirib.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi şəhər polisinin fəaliyyətində irqi diskriminasiyaya yol verildiyi faktların olduğunu təsdiqləyən hesabatı dərc etdikdən sonra əvvəlki polis rəisi Tom Cekson istefa verib.

Xatırladaq ki, 2014-cü ilin avqustun 4-də polis əməkdaşı Darren Uilson 18 yaşlı qaradərili Maykl Braunu xidməti silahından qətlə yetirib. Məhkəmənin polisin əməlinə bəraət qazandırması ABŞ-ın bir neçə şəhərində kütləvi iğtişaşlara səbəb olub./apa/
609 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber