Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2015

Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələdə!

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqro təmsilçisi “Rudar”la cavab oyununa çıxıb. Öz meydanında keçirilən ilk görüşdə qolsuz heç-heçəyə imza atan Ağdam klubu bu dəfə səfərdə rəqibi ilə münasibətlərə aydınlıq gətirib.

Oyunun 57-ci dəqiqəsində Ansi Aqollinin sol cinahdan ötürməsini tək toxunuşla tora qovuşduran Reynaldo hesabı açdı.

Matçın gedişində hər iki komandanın bir neçə dəfə cəhdi olsa da oyunda başqa qol olmadı.

III mərhələdə isə rəqib Şotlandiyanın “Seltik” klubu olacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi
Cavab oyunu

"Rudar" (Pljevlya, Monteneqro) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol: Reynaldo, 56

Baş hakim: Georgi Kabakov

İlk oyun – 0:0
746 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP