Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2015

Əsgər getdi, beyin sətəlcəminə tutuldu

Əfqan İlqaroğlunun müalicəsinə vəsait lazımdır, ata isə oğlunun dərdindən iflic olub

Azərbaycan ordusunda xidmət zamanı əlillik dərəcəsi alan əsgər və zabitlərin sayı heç də az deyil. Əsgər ölümləri fonunda diqqətdən yayınan bu məsələ isə tamamilə nəzarətdən çıxıb.

Həkim səhlənkarlığı, əsgərlərə normal səviyyədə baxılmaması və ya onlara lazımi nəzarətin olmaması onlarla gəncin şikəst və ya ağır xəstəliyə düçar olmasına gətirib çıxarır. Hərbi xidmət zamanı ağır xəstəliyə tutulanlardan biri də Masallı rayonunun Güllütəpə kənd sakini Əfqan İlqaroğludur. Kasıb ailənin övladı qulluq etdiyi hərbi hissədə beyninə infeksiya keçməsi səbəbindən beyin sətəlcəmi xəstəliyinə tutulub.

Ordudan təxsis olunan Əfqanın xəstəliyi ilə məşğul olan həkimlər onun müalicəsində aciz olduqlarını etiraf edirlər. Elə bu səbəbdəndir ki, alınan bütün müalicələrin effektiv olmaması səbəbindən gənc oğlan xəstəliyin ən ağır formasından əziyyət çəkir. Üstəlik, Əfqanın atası bu dərdə dözə bilməyib iflic olub.

Mütəmadi olaraq alınan müalicə külli miqdarda vəsaitin xərclənməsinə səbəb olduğundan ailə ağır maddi durumla üzləşib. Hətta evdə satılmayan əşya belə qalmayıb.

Bizə təqdim olunan videodan da açıq-aydın görünür ki, Əfqan İlqaroğlunun durumu ağırdır və onun beyin sistemi tamamilə çöküb. Amma onun xəstəliyinin müalicəsi mümkündür və bunu xaricdə həyata keçirmək olar. Elə videonu yayımlamaqda məqsədimiz də odur ki, xeyriyyə məqsədi ilə yardım edənlər bu ailəni də nəzərə alsınlar. Həm ailənin dolanışığı düzəlsin, həm də bir gəncin həyatı xilas olsun./jam.az/
579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat