Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2015

Avropa Məhkəməsi Elmar Hüseynovun qətli üzrə araşdırmalara başladı

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda 2005-ci il martın 2-də qətlə yetirilmiş jurnalist, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovla bağlı araşdırmalara başlayıb.

Araşdırma mərhum jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynovanın şikayəti əsasında həyata keçirilir.

Bu barədə Avropa Məhkəməsinin yaydığı məlumatda bildirilir ki, Ruşaniyyə Hüseynovanın ərizəsi 2010-cu il fevralın 17-də təqdim olunub. Araşdırma çərçivəsində artıq Azərbaycan hökumətinə sorğu göndərilib, bu cinayət işi üzrə bütün materialların Avropa Məhkəməsinə təqdim olunması tələb edilib.

Avropa Məhkəməsininj məlumatında bildiriliur ki, "Monitor" hakimiyyəti daim sərt tənqid edib, hökumət üzvləri və digər vəzifəli şəxslər barədə tənqidi yazılara görə Elmar Hüseynova qarşı dəfələrlə məhkəmədə mülki iddialar, cinayət işi qaldırılıb. Ümumilikdə ona qarşı 34 dəfə iş qaldırılıb. Bundan başqa, dəfələrlə jurnalın nüsxələri müsadirə olunub, onun nəşrinə hakimiyyət tərəfindən əngəllər törədilib.
644 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP