Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Qrip xəstəliyindən qorunmanın 10 yolu

Havaların soyumağa başladığı bu günlərdə qrip virusları aktivləşməyə başlayıb. Mütəxəssislər qripdən qorunmaq üçün immunitet sisteminin gücləndirilməsini əsas şərt sayırlar. Bunun üçün sağlam qidalanma, meyvə-tərəvəzdən istifadə etmək məsləhət görülür. Ayrıca mütəxəssislər qripdən qorunmaq üçün bunları təklif edir.

1. Hər il qrip peyvəndi vurdurun... Alman mütəxəssislərinə görə qripdən qorunmanın ən qısa yolu budur.

2. Zülal baxımından zəngin olan qidalardan istifadə edin.

3. Qara çay yerinə bitki çayları içməniz məsləhətdir.

4. İmmunitet sistemini zəiflədən, həm də haram olan spirtli içkilərdən uzaq olun.

5. Epidemiya əsnasında əllərinizi bədəninizin həssas hissələrinə (burun, ağız və gözlər) vurmayın.

6. A, C, E, və B kompleks vitamin və ya vitaminlərlə zəngin olan qidalardan istifadə edin.

7. Gigiyena çox əhəmiyyətlidir. Əllərinizi tez-tez yuyun.

8. Hər gün bol-bol təzə meyvə və tərəvəz yeyin.

9. Gecə yuxusunu tam alın, bədəninizin kifayət qədər dincəlməsi çox önəmlidir.

10. Hər gün idman edərək tez-tez tərləyin.
1805 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:51