Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2015

İŞİD-ə qoşulan 5 azərbaycanlı tutuldu

Türkiyə hüquq-mühafizə orqanları əməkdaşları son 6 ay ərzində (01 yanvar – 30 iyun) Suriyaya qeyri-qanuni yolla keçmək istəyən 457 xarici terrorçunu saxlayıb.

"Anadolu" agentliyi xəbər verir ki, üÜmumilikdə bu müddət ərzində Türkiyə-Suriya sərhədində 32 ölkədən 457 xarici terrorçu saxlanılıb. Onların böyük əksəriyyəti – 241 nəfəri Çin vətəndaşları, uyğurlardır.

Bundan əlavə, son 6 ay ərzində 56 Rusiya, 30 Fələstin, 29 Türkmənistan, 13 Böyük Britaniya, 12 Fransa, 9 Səudiyyə Ərəbistanı, 7 Əfqanıstan, 6 Cənubi Koreya, 6 Tacikistan, 5 Azərbaycan, Almaniya, Belçika və Hollandiya vətəndaşı hüquq-mühafizə orqanı əməkdaşı tərəfindən saxlanılıb.

Saxlanılan şəxslər arasında Avstraliya, Braziliya və Trinidad və Taboqo vətəndaşları da var.

Onların İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına üzv olmaq üçün Suriyaya getmək istədikləri bildirilir.
632 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 12:22