Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2015

Maddiləşmiş zibil

(və ya Niyaməddin Orduxanlı kimi həşarat olmağı ilə barışmış adam əziləndə şikayət etməməlidir)

Bir Allahım, bir də yaxınlarım bilirlər ki, mən hətta yerdə gəzən qarışqanı belə bilmədən tapdayanda əzab çəkirəm. Amma... Niyaməddin Orduxanlı adlı ikiayaqlı bir məxluq atmilçəyi kimi yapışıb əl çəkmirsə, ünvanıma dalbadal, sözün əsl mənasında, küçə uşaqlarının belə demədiyi təhqiramiz ifadələr işlədirsə, deməli, onu bir-iki kəlməylə “xoşbəxt” etməyə məcburam. Əslində, mənim Niyaməddin kimi düşük siyasətbazlarla elə də bir işim yoxdur - atasını tanımayanlara, bir quruca “malades”(eləcə də aylıq paket) üçün vətənini satmağa hazır olan belə nacinslərə: "böyüyə qarşı ədəbsizlik etməzlər, ictimai yerdə söyüş söyməzlər, yalan danışmazlar, həyatda da, siyasətdə də tərbiyəli, mənəviyyatlı olmağa cəhd etmək lazımdır və s." deməyin nə faydası?..

N. Orduxanlının ritorikasına diqqət yetirin: "Eldəniz Quliyev qoca köpəkdir, bu cür satqın adamların işi elə küçə süpürməkdir!” deyir. İndi mən də, kor şeytanı lənətləməyi unudub onun kimi danışsam, onda gərək qayıdıb deyəm ki, ay gədə, əvvəla, sənin təki cavan qancıq olmaqdansa, elə qoca köpək olmaq yaxşıdır! İkincisi, küçədən süpürülən, dediyin o zir- zibilləri bir yerə yığıb-yığşdırıb maddiləşdirmək, yəni adam formasına salmaq mümkün olsaydı, məzmunca “toçnu” sənə, yəni Niyaməddin Orduxanlıya oxşayardı. Yox. Mən belə demərəm. Çünki sözü qanana... daha doğrusu, adama deyərlər. Həvəslə, şövqlə yazır, cürbəcür siyapur saytlara müsahibələr verir ki, "Milli Şura üzvü Eldəniz Quliyev sukadır! Eldəniz kölədir, buyruq quludur!" Bərəkallah! Hə, indi mən də tənbəllik eləməyib durub cavab verim ki, suka sənin yeddi arxa dönənin, nəsil-nəcabətindir. Sənə yal, təlimat verənlər, sənə “fas” deyib qısqırdanlardır! Kölə, nökər,qul, lakey isə səni öz qucağında saxlayıb hürdürən siyasi əbləhlər, üzdəniraqlardır!!! Xeyr və əsla! Mən belə şeylər yazmaram. Mən Niyaməddinin və onu “tırkalıyanların” səviyyəsinə düşmərəm, axı!..Düşsəm, onda gərək dəvəquşuya dönəm. Baxmayaraq ki, onun artıq sırtılmış sifəti tüpürcək üçün çoxdan sino gedir,- tüpürməyə də heyfim gələr...

“İtə yiyəsinə görə hörmət qoyarlar” atalar məsəlini əsas tutaraq, həmin o Yiyə müəllimə səslənirəm: Çəkin bunun xaltasını! Elə etməyin ki, onun pələ qulaqların kəsib qoyun itinə çevirmək zorunda qalım!

Eldəniz Quliyev
1281 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı