Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

"Hizbullah" şəhidiylə bağlı sərt bəyanat yaydı (Foto)

Livanda həyata keçirilən terror aktı zamanı Livan Müqavimətinin komandirlərindən biri dünyasını dəyişib

İslamazeri.az-ın "Əl Mənar"a istinadən verdiyi xəbərə görə, Livan "Hizbullah" hərəkatının komandirlərindən olan Həsən Əl-Ləqqisin terrora məruz qalmasıyla bağlı "Hizbullah" bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Həsən Əl-Ləqqis Livan Müqavimətinin komandirlərindən, həmçinin 2006-cı ildə oğlunu itirmiş şəhid atası olub. Bəyanatın davamında deyilir: "Qardaşımız komandir Həsən Əl-Ləqqis gəncliyini və bütün ömrünü həyatının son anına qədər müqavimət yolunda xərclədi. Hər vaxt mücahid, öndər, yaradıcı, fədakar və şəhadət aşiqi idi. Onun oğluda şəhid idi (2006-cı il 33 günlük müharibədə). İsrail düşmənimiz bu terror aktının əsas şübhəlisi olaraq qalır. Çünki, Həsən Əl-Ləqqisə qarşı bir neçə dəfə uğursuz sui-qəsd də İsrail xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdi. Düşmən bu sui-qəsdi öz üzərinə götürməlidir."

Bəyanatın sonunda bu terror aktını həyata keçirənlərə sərt cavab veriləcəyi qeyd edilir.


1624 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:18