Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2015

Dəhşətli xəstəliyin müalicəsində uğur

Tibb üzrə mütəxəssislər daha bir dəhşətli xəstəliyin müalicəsində uğur əldə ediblər. Bu dəfə onlar Altsaymer xəstəliyinin müalicəsini tapıblar.

Amerika Birləşmiş Ştatlarında alimlər ilk dəfə olaraq bu xəstəliyin qarşısını almağa kömək edən dərman preparatı hazırlayıblar.

Altsaymer xəstəliyinin risk faktorlarına misal olaraq yaş, cinsiyyət, ailə üzvlərində xəstəliyin olması, yaddaşın itirilməsi ilə nəticələnən kəllə - beyin travmaları, Daun sindromu, hipotiroidizm və s. göstərmək olar. Lakin hələlik Altsaymer xəstəliyinin səbəbi kimi heç bir dəqiq faktor müəyyən edilməyib.

Xəstəlik klinik olaraq yoxlanılan zaman yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə qarşımıza çıxır.

"Eli Lilly" firması tərəfindən istehsal olunan dərman xəstəliyin ilk mərhələsində tədbiq edildikdə daha təsirli olur. Dərman preparatı beyində hüceyrələrin daha gec ölməsinə kömək edir.

Həblər 2012-ci ildə 1000-dən çox yüngül və orta dərəcəli xəstə üzərində sınaqdan keçirilib. Bu təcrübə zamanı dərman qəbul edən xəstələrin digərləri ilə müqayisədə ağırlaşma faizi 34 faiz daha aşağı olub. “Beta amiloid” adı verilən və zəhərli beyin səhti yaratdığı deyilən bir proteinin yaranmasının qarşısını alır. "Beta amiloid" proteini beyin hüceyrələrinin ölümünə səbəb olur və xəstədə yaddaş pozğunluğu başlayır.

Altsaymer və ya oxşar formalı digər demantiya xəstəliklərindən əziyyət çəkən insanların sayı 44 milyona yaxındır./ans/
1080 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı