Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2015

CHP AKP-dən 14 nazirlik istədi

Əgər koalisiya hökuməti qurulacaqsa, biz 14 nazirlik istəyirik.

Bunu jurnalistlərə Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) baş katibi Gürsəl Tekin deyib. O, CHP-nin bununla Türkiyədə problemləri həll edəcəyini bildirib:

“Biz Türkiyədə etmək istədiyimiz dəyişiklikləri 14 maddədə ictimaiyyətə açıqladıq. Bu 14 maddə 14 nazirlik deməkdir. Çünki həmin problemləri ancaq CHP-li nazirlərin olduğu bir hökumət həll edə bilər. Məsələn, xarici siyasətimiz iflas etmiş vəziyyətdədir. Xarici siyasətimizi bu hala gətirən Rəcəb Tayyib Ərdoğan və indiki Baş nazir Əhməd Davudoğludur. Bu problemləri yaradanlar həll edə bilmədiyi üçün bu kimi vəzifələr bizə verilməlidir”.
829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP