05 Dekabr 2013
Nemət Pənahlı: 25 il öncə və bu gün

Üç ildir ki, N.Pənahlını müstəqilliyi, azadlığı uğrunda ölüm təhlükəsi yaşamaqdan çəkinmədiyi, arzu və xəyallarının dövləti olan müstəqil Azərbaycanın hüquq-mühafizə orqanları həbs edib.
25 il öncə bu gün N.Pənahlının liderlik etdiyi Meydan hərəkatının sonuncu günü oldu və bir qrup yaxın tərəfdarı ilə onu həbs etdilər.
Bu gün Nemətin yanında, ən azı məhbəsdə heç bir tərəfdarı yoxdur. O, tək-tənha bir dustaqdır.
25 il öncə Nemət Pənahlı mərkəzi hakimiyyətin ünvanına ən kəskin sözlər dediyi, sovet rejimini damğaladığı, Kremlə müqavimət göstərdiyi üçün məhbəsə atılmışdı.
Bu gün Nemət Pənahlı guya ki, bir nəfərlə mübahisə edib dalaşdığı üçün cəzalandırılıb, ancaq hamı bilir ki, onun həbsinin əsl səbəbi yenə dilini dinc qoymaması, indiki hakimiyyətin qarasına danışmasıdır.
25 il öncə Nemət Pənahlının həbsindən sonra onun taleyi ilə bağlı müxtəlif şayiələr yayılır, bədbin proqnozlar verilirdi.
Deyirdilər: “İndi içəridə onu rezin kisəyə salıb döyürlər”;
İddia edirdilər: “Yüz faiz ona ağır işgəncələr verilir”;
Əminliklə bildirirdilər: “İynə vuracaqlar, çıxandan sonra ağlını itirəcək”;
Şübhələnirdilər: “Orqanlarla əməkdaşlığa cəlb edəcəklər, bütün dostlarını satacaq”;
Yekun rəy beləydi: “O, türmədən sağ çıxmayacaq, meyidi çıxacaq”.
Bunların heç biri olmadı. Nemət Pənahlı qısa müddətdən sonra məhbəsdən çıxdı.
Hamının cəllad kimi təsəvvür etdiyi sovet rejimi, ətçəkən maşın hesab edilən DTK “Azadlıq aşiqi”ni məngənədən salamat buraxdı.
Azadlığa çıxandan sonra məlum oldu ki, onu rezin kisəyə salıb döyməyiblər, işgəncə verməyiblər, iynə vurmayıblar, orqanlarla əməkdaşlığa cəlb edə bilməyiblər.
Ancaq DTK, hər halda, N.Pənahlını dörd divar arasından elə belə də buraxmamışdı, onun bədənini yox, reputasiyasını zədələmişdilər.
Dekabrın 5-də həbs edilən Nemət Pənahlı ilə həbsdən buraxılan Nemət Pənahlının ictimai nüfuzu arasında fərq böyük idi. Bir vaxtlar onun başına and içənlər indi onun bir sıra hərəkətlərində, çıxışlarında çoxlu səhvlər tapırdılar.
Üstəlik, o, məhbəsdən iddialı çıxmışdı, özünü hələ də xalq hərəkatının lideri sayırdı. Hərçənd təşəbbüs və liderlik artıq başqalarının əlinə keçmişdi.
Ölkədə Xalq Cəbhəsi kimi mütəşəkkil bir müxalif təşkilat yaranmışdı və N.Pənahlı onun liderlərinin sırasına yalnız Meydan qəhrəmanı olduğu üçün düşə bilirdi.
Bu gün həmin şəxs yenidən həbsdədir.
İndi onun taleyi yenə sual altındadır. Tez-tez məhbəsdən Nemət Pənahlının barəsində bəd soraqlar gəlir: “Nemət Pənahlının həyatına təhlükə var”; “Nemət Pənahlını təkadamlıq kameraya salıblar”; “Nemət Pənahlını zəhərləmək cəhdi olub”; “Dustaq yoldaşının əlini ilə Nemət Pənahlını öldürmək istəyirlər”; “Nemət Pənahlını təxribata çəkirlər” və s.
Bütün bu iddialar onu göstərir ki, Meydan qəhrəmanının türmə həyatı o qədər də sakit və rəvan keçmir, onun həyatı üçün gerçəkdən də təhlükə var.
Bu gün o möhtəşəm günlərdən 25 il keçir. Azadlıq meydanı ondan sonra da qələbəlik, qan-qada gördü, amma 17 noyabr-5 dekabr arasında olan coşqunu heç vaxt görmədi.
Ukrayna xalqının bu gün göstərdiyi dilbirliyi, həmrəyliyi hələ 25 il öncə göstərən xalqımız bu gün başına nə gəlirsə, susur. Xalqın başının üstünü alan heç bir təhlükə onu tərpətmir, heç kim özünü 25 il öncəki kimi xalq yolunda fəda etmək istəmir.
Bəlkə də ona görə ki, bu xalqın fədakar oğullarının taleyi bəd gəldi, heç biri yarımadı: 25 il öncə meydanı dolduran minlərlə cəfakeş oğul şəhid, qazi oldu, yüzlərlə hərəkatçı ölkədən didərgin düşdü, bir o qədəri həbslərdən keçdi. Qalanların da hərəsi bir tərəfdə, bir cinahdadır.
25 il öncə bu gün Nemət Pənahlı “onsuz da qırmızı imperiya çökəcək” deyir, ölkəsinə azadlıq tələb edirdi. Bu gün o, əfv olunacağını gözləyir, özünə azadlıq umur.
25 il öncə hamı deyirdi ki, Nemət Pənahlı siyasi məhbusdur. Bu gün bu adi faktı çoxları demir.
Amma Nemət Pənahlı siyasi məhbusdur.
Xalid Kazımlı/musavat
22.04.18, 16:45
MƏN RƏSULİ-ƏKRƏMİN (S) OĞLUYAM - VİDEO 22.04.18, 11:22
ÜRƏKDAĞLAYAN SƏHNƏ - VİDEO 22.04.18, 11:06
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölən var 22.04.18, 09:02
Türkiyədə seçkilərə görə 3 partiya birləşdi 22.04.18, 08:54
Zaxarova: Onlar Suriyaya getdi, hesabat hazırlanacaq 22.04.18, 08:53
Mahmud Abbasdan Qüds mesajı: İcazə verməyəcəyik 22.04.18, 08:50
BMT-dən tələb: İsrail əsgərlərinə nəzarət et 22.04.18, 08:48
Azərbaycanda güclü yağış: nəqliyyat iflic oldu - Foto 22.04.18, 08:27
Ər-Riyadda atışma: Kral təxliyə edildi, çevriliş iddiası - Video 22.04.18, 08:18
22 apreldə gözlənilən hava şəraiti 21.04.18, 22:39
Suriyada 2300 terrorçu Qələmun şəhərindən çıxdı 21.04.18, 22:37
Suriya ordusu Yərmuk düşərgəsini İŞİD-dən azad etmək ərəfəsində 21.04.18, 21:11
Ruhani: ABŞ-ın geri addım atmasına hazırıq 21.04.18, 17:37
General Salami: Dostları gələnə qədər İsrail məhv olacaq 21.04.18, 17:02
Ərəbistan və BƏƏ Yəmənin neftini qarət edir 21.04.18, 16:51
Azərbaycanda iki gənc idmançı itkin düşdü -FOTOLAR 21.04.18, 16:48
İran yenidən nüvə fəaliyyətinə başlaya bilər 21.04.18, 15:32
Ukrayna: Krımı geri qaytarmaq gücündə deyilik 21.04.18, 15:30
Bakıda maskalı şəxslər evə basqın etdi 21.04.18, 10:27
Şimali Koreya nüvə sınaqlarından imtina etdi 21.04.18, 08:40
Ağdamdan olan məcburi köçkün İsmayıllıda özünü öldürmək istədi 21.04.18, 08:02
Yəməndə hava zərbələri nəticəsində 20 dinc sakin şəhid olub 21.04.18, 07:53
Dumada yeni kimyəvi maddələr tapıldı - Rodionov 21.04.18, 07:49
Xərçəngi məhv edən daha bir vasitə tapıldı – İnsanlığın xilası 21.04.18, 07:43
Hicablı qadın vətəndaşlıqdan çıxarıldı - Biabırçı səbəb 21.04.18, 07:40
Qərb Suriya ilə yanaşı, Cenevrəni də bombaladı - Lavrov 21.04.18, 07:39
Suriyada ABŞ raketləri aşkar edildi 21.04.18, 07:36
Vaşinqton açıqladı: Rusiya ilə açıq dialoq istəyirik 21.04.18, 07:35
Çayın qadınlar üçün inanılmaz faydası aşkar edildi 21.04.18, 07:34
66 senator Ərdoğanı təhdid etdi 21.04.18, 07:29
21 apreldə gözlənilən hava şəraiti 20.04.18, 21:15
İlham Əliyevin nəzərində Vətənə xidmət nələrdir? 20.04.18, 20:53
İMAM HÜSEYNİN (Ə) HƏRƏMİNDƏN GÖZOXŞAYAN FOTOLAR 20.04.18, 13:42
25 nəfərin ölümünə görə daha iki xırda məmur işdən çıxarıldı 20.04.18, 13:09
21 yaşlı gənc özünü asdı 20.04.18, 11:19
Buş: Putinlə ehtiyatlı olun, o ağıllıdır 20.04.18, 11:14
Suriya ordusu hücuma hazırlaşır: 48 saat vaxt verdi 20.04.18, 11:12
Bəşər Əsəd Şirakdan aldığı ordeni Fransaya geri qaytardı 20.04.18, 10:47
"ŞƏFFAF" SEÇKİ NƏLƏRLƏ YADDA QALDI - VİDEO 20.04.18, 09:35
Bakıda bıçaqlanma olub 20.04.18, 09:34
Sumqayıtda 22 yaşlı gənc bıçaqlanıb 20.04.18, 09:31
Hər gün bir limon yeməyin - 8 FAYDASI 20.04.18, 09:20
İraq Suriyaya zərbə endirdi 20.04.18, 09:16
Atəş açıldı: terrorçulara kimsə məlumat ötürüb - Lavrov 20.04.18, 09:12
20 apreldə gözlənilən hava şəraiti 19.04.18, 22:01
Tovuzda 2-ci qrup əlil özünü asdı 19.04.18, 19:59
Cəlilabadda məktəbli qız intihar edib 19.04.18, 19:56
Rusiya açıqladı: ABŞ Suriyanı onların əli ilə parçalayır 19.04.18, 14:53
Masallıda qadın özünə 16 bıçaq zərbəsi vurdu 19.04.18, 14:48
Suriya ABŞ-ın partlamayan raketlərini Rusiyaya göndərdi 19.04.18, 14:44
Tanınmış həkim səhiyyəni yıxıb-sürüdü – Ciddi problem 19.04.18, 14:41
Bakıda yaşayış binası yanır - Foto 19.04.18, 10:56
Beyini öldürən 5 pis vərdiş 19.04.18, 10:50
Saatlı sakini 30 yaşlı həyat yoldaşını bıçaqladı 19.04.18, 10:47
Qələbə üçün hücum planı da olmalıdır! 19.04.18, 10:11
Merkel Trampa xahiş edir: Rusiyaya sanksiya dayansın! 19.04.18, 08:06
Bağırsaqları təmizləyən ƏN EFFEKTLİ 6 ÜSUL - MÖCÜZƏVİ NƏTİCƏ 19.04.18, 07:29
Ucar sakini intihar edib 19.04.18, 07:25
Daha 5000 terrorçu Dəməşqən çıxır - Foto 19.04.18, 07:22
5 dişini birdən çəkdirdi, öldü 19.04.18, 07:14
Nikki Heyli Trampla münasibətindən danışdı 19.04.18, 06:57
19 apreldə gözlənilən hava şəraiti 18.04.18, 22:48
Tövbəsiz andiçmə mərasimi 18.04.18, 22:24
İran beynəlxalq hesablaşmalarda dollardan imtina etdi 18.04.18, 21:41
DİKTATOR İLHAM ƏLİYEV QURANİ-ŞƏRİFƏ AND İÇDİ Kİ... - VİDEO 18.04.18, 19:51
UEFA Çempionlar Liqasında videotəkrardan istifadə olunacaq 18.04.18, 19:47
ABŞ: Türkiyə S-400 alarsa, sanksiya tətbiq ediləcək 18.04.18, 18:08
Dünya Çempionatının bilet satışı REKORD VURDU 18.04.18, 18:01
Türkiyənin keçmiş müdafiə naziri öldürüldü 18.04.18, 15:03
Bu möcüzəvi bitki min bir dərdin dərmanı imiş - 10 ƏSAS FAYDASI 18.04.18, 14:46
Rusiya ekspertləri Şərqi Qutaya buraxdı 18.04.18, 13:31
ABŞ-dan Türkiyəyə təhdid: Əgər keşiş qaytarılmasa... 18.04.18, 13:29
İran İslam Ordusu yeni silahını təqdim etdi 18.04.18, 13:22
Türk ordusunun 25 polkovnik həbs edildi 18.04.18, 11:30
Ucar sakini özünü ikinci mərtəbədən asdı 18.04.18, 11:20
“Suriyanı vuranlara qarşılıq verəcəyik” - Rusiya hərəkətə keçdi 18.04.18, 11:18
42 yaşlı lənkəranlının qulağını kəsdilər 18.04.18, 11:11
Dağlıq Qarabağda erməni əsgər minaya düşdü 18.04.18, 11:01
Almanlar Putini niyə sevir? - 10 səbəb 18.04.18, 10:12
Ucar sakini intihar edib 18.04.18, 10:10
Vəhabi Səudiyyə Ərəbistanında son 40 ildə ilk kinoteatr açılır 18.04.18, 10:00
Rusiyalı hərbçilər Suriyada kimyəvi silah anbarını tapdı 18.04.18, 09:55
Neftçalada kütləvi dava: yaralananlar var 18.04.18, 09:52
Sərnişin təyyarəsinin havada mühərriki partladı - Foto 18.04.18, 09:49
Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçdi 18.04.18, 09:45
18 apreldə gözlənilən hava şəraiti 17.04.18, 23:21
Yəmən Ərəbistanın elektrik stansiyasını vurdu 17.04.18, 21:44
İraqda 3 azərbaycanlı qadın ölümə məhkum edildi 17.04.18, 21:42
Pentaqon YPG-yə dəstək verməyə davam edəcək