Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2015

“Rauf Arifoğlu çəkdiyi zəhmətinin bəhrəsini gördü”

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun prezident tərəfindən təltif olunmasına münasibət bildirib.
Moderator.az-a açıqlama verən H.Hacıyev bildirib ki, Rauf Arifoğlu bu addımı ilə əslində uzun illərdir gizli saxladığı mövqeyini rəsmiləşdirib:
“Rauf Arifoğlu uzun illərdir jurnalistikadadır, bu sahədən xəbərdar oln şəxslər onun jurnalist fəaliyyəti ilə tanışdılar. Əslində .R.Arifoğlu illərdir ki, bu mövqedə idi, son hadisə isə onun mövqeyini rəsmiləşdirdi. Mən Rauf Arifoğluna uğurlar arzu edirəm, o,çəkdiyi zəhmətinin bəhrəsini gördü. Gərək bu fəaliyyətini lap əvvəldən bəlli edərdi, gizli iş görməzdi. Dövlətə, prezidentə işləməkdə heç bir qəbahət yoxdur. Bu gün biz hamımız İlham Əliyev ətrafında birləşməliyik. Onun çevrəsind oğrular var, prezidentdən bir çox xəbərləri gizlədirlər. Media bu yolda çox önəmli vasitədir , prezident özü bildirdi ki, o median izləyir. Ona görə də mətbuat cəmiyyətdə baş verən hadisələr haqda hər zamab obyektiv məlumat verməlidir."
847 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...