Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2015

Biz regionda müqavimətin tərəfdarı, onlar isə düşmənidir

İran quru qoşunları komandiri: Həmişə belə düşmənlərlə ehtiyatı gözləmək lazımdır!

Nur-az.com abna.ir-a istinadən:
İranın quru qoşunları komandiri general-mayor Əhmədrza Purdəstan İmam Əli (ə) adına hərbi məktəbin min şəhid tələbəsinə həsr olunan ikinci ildönümü mərasimində bildirib ki, amerikalılar dünənədək regionda bizimlə qarşı-qarşıya çıxmağa fürsət güddükləri halda, indi bizimlə artıq yadigar şəkilləri çəkdirirlər. Mərhum imam Xomeyninin buyurduğu kimi, həmişə belə düşmənlərlə ehtiyatı gözləmək lazımdır. Onlar bəzən bizimlə əməkdaşlığa meyl göstərməklə qəflətə düşəcəyimiz anı izləyirlər. Onlar bir çox maraqlarında bizimlə tamamilə ziddirlər: biz regionda müqavimətin tərəfdarı, onlar isə əleyhinədirlər; biz regionda İslam dirçəlişinin tərəfdarı, onlar isə bu xalqları əzənlərin himayədarıdır… Onların son zamanlar tez-tez səsləndirdiyi İranla bağlı hələ masa üzərində mümkün qərarları yalnız Amerikanın öz daxilində dəyəri var, vəssalam. İran İslam Respublikasının indiki izzət və şərəfi uğrunda hər şeyini qurban edən fədakar şəhidlərin sayəsindədir. Bunun qədrini bilərək Allahdan axıradək həmin yolda ömrü başa vurmağı arzulayırıq. Şəhadət prinsipi olduqca müqəddəs və dəyərə malikdir. İndi bizim iqtidarla 5+1 kimi böyük qüdrət sahibləri ilə bir masa arxasında əyləşməyimiz həmin qanların bahasınadır.
987 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...