Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2015

"Haaretz"-in Qasim Süleymani haqda uydurması

Haaretz: Mən İranın İraq, Suriya, Livan, Qəzzə və Əfqanıstanda rəsmi nümayəndəsiyəm!

Nur-az.com shia-news.com-a istinadən:
İranın 5+1-lə müzakirələrindən sonra ləğv edilən sanksiyaların sırasında general Qasim Süleymaninin də, adı qeyd edilib. Müzakirələr ərəfəsində dəfələrlə onu pozmağa cəhd edən sionist informasiya vasitələri isə son günlər başqa hava çalmağa başlayıblar. Məsələn, “Haaretz” qəzeti yazır ki, İŞİD-in əleyhinə döyüşdə general Qasim Süleymani Amerika ilə müttəfiqdir və xeyli vaxtdır ki, bu əməkdaşlıq davam edir.
Amerika rəsmiləri bu iddianı rədd edərək generalın siyahıdan silinməsinin heç bir əməkdaşlığa aidiyyatı olmadığını bildiriblər.
Haaretz yazır ki, Amerikanın Bəşşar Əsədi devirməyib, yalnız əzmini İŞİD-lə mübarizəyə yönəltdiyi surətdə, Qasim Süleymani Vaşinqtonun müttəfiqi sayılacaq. Hələ o zaman Qasim Süleymani “Ceyş əl-Məhdi” cərəyanını amerikalılara hücumdan yayındıraraq dolayı yolla onların arasında razılıq yaradaraq 2010-cu ildə Nuri Malikinin hakimiyyətə gəlişini təşkil etdi. O, bu illər ərzində həmişə regiondakı Amerikanın hərbi generalları ilə rabitə saxlamış və hətta birləşmiş qoşunların komandiri general Devid Petrausa belə mesaj göndərmişdir: “Mən Qasim Süleymani İranın İraq, Suriya, Livan, Qəzzə və Əfqanıstanda rəsmi nümayəndəsiyəm.” Amerikanın kəşfiyyat orqanları Qasim Süleymanini neçə dəfə terror etməyə qadir olduqları halda onların bu işdən imtinaları regionda İŞİD-in əleyhinə olan birgə əməkdaşlığın nişanəsidir. General bundan sonra da, regionda İŞİD-in əleyhinə ən bacarıqlı persona sayılaraq Suriya və İraqda Amerikanın gizli müttəfiqi olaraq qalacaq…
Sionist rejimin mətbuatında yayılan belə ittihamlara rəğmən, hələ də, Amerika tərəfindən İŞİD-ə edilən yardımlar barədə rədd və təkzib xarakterli rəsmi bir bəyanat verilməyib. Buna əks olaraq İran isə daim məntəqədə terrorizmlə mübarizədə ən fəal ölkələrdən biri olaraq qalır və iki ölkənin mənafe və maraqlarındakı ziddiyyət durduqca, İŞİD-lə mübarizə metod və üsullarında da, anlaşılmazlıqlar hökm sürəcək.
985 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51
Hələbdəki terr