Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2015

İŞİD-in qadınlar üçün təyin etdiyi ağır qanunlar!

Nur-az.com shia-news.com-a istinadən:
İŞİD tərəfindən qadınlar üçün təyin edilən qanunlar pozulduğu surətdə şallaq, həbs və edam kimi ağır cəzalar tətbiq edilir. Gərək onlar İŞİD-ə xas olan formada bütün əyin-başlarını bürüsünlər, qərb sayağı libaslardan qətiyyən istifadə etməsinlər və evdən xaricdə ətriyyatdan ciddi çəkinsinlər. Təyin edilən qanunlar listində də, hər birinə uyğun cəza yazıblar ki, onda hətta edama qədər ağır hökmlər müşahidə olunur. İŞİD mühakimə mərasimlərində də, bir hökmün isbat və ya rəddinə dair heç bir sübuta əhəmiyyət vermədən insanların canını çox asanlıqla alır və bu işlərdə qətiyyən tədqiqat aparılmır. Onlar bundan əvvəl də, qadınların mənzildən çölə çıxmalarına dair sərt qanunlar tətbiq edirdilər. Məsələn, bunlara əsasən, qadın yalnız ağır xəstəliyin müalicəsi zamanı dinsiz ölkələrə gedə bilər. Əlbəttə, əlli yaşından yuxarı olanlara müəyyən istisnalar qail idilər. Misal üçün, onlar məhrəmsiz İŞİD-in hakimiyyəti olduğu ərazilərdə sərbəst səfər edə bilərlər və s.


قوانین شدید داعشی ها برای زنان + تصاویر

قوانین شدید داعشی ها برای زنان + تصاویر

قوانین شدید داعشی ها برای زنان + تصاویر

قوانین شدید داعشی ها برای زنان + تصاویر

900 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...