Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2015

İŞİD Türkiyə ordusuna hücum etdi: şəhid var

Türkiyənin Suriya ilə sərhədində İŞİD terrorçuları gözlənilmədən türk hərbçilərə atəş açıb.

Hadisə ilə bağlı Türkiyə Baş Qərargahından açıqlama yayılıb. Açıqlamada qeyd edilir ki, bu gün yerli vaxtla 13:30-da Suriya tərəfdə İŞİD terror qruplaşmasının nəzarəti altında olan bölgədən (Azez ərazisindən) 5 terrorçu sərhəddə xidmət göstərən əsgərlərə hücum edib. Bir əsgər ölüb, iki çavuş yaralanıb.

Türk əsgərinin qarşılıq verməsi ilə 1 terrorçu öldürülüb, 1 minaatan və 1 Kalaşnikov ələ keçirilib. Daha sonra İŞİD-ə aid 3 maşın məhv edilib.
756 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59