Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2015

Belçikadan Türkiyə əleyhinə qərar - "Erməni soyqırımı" tanındı

Belçika Parlamentinin Nümayəndələr Palatası iyulun 23-də uydurma "erməni soyqırımı"na dair qətnamə qəbul edib.

“News.am”ın verdiyi xəbərə görə, səsvermədə Nümayəndələr Palatasının 124 üzvü sənədin lehinə səs verib, 8 deputat bitərəf qalıb, əleyhinə səs verən olmayıb.

Qeyd edək ki, müxalifət qətnamənin mətnini tənqid edib, lakin Belçika baş naziri Şarl Mişelin iyun 18-də Nümayəndələr Palatasında öz hökuməti adından "erməni soyqırımı"nı tanıması faktını nəzərə alaraq, sənədin lehinə səs verib.

Xatırladaq ki, Belçika Senatı uydurma "erməni soyqırımı"nı 1998-ci ildə tanıyıb./apa/
678 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber