Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2015

Noyabrda Türkiyədə seçki olacaq

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri və Antalya millət vəkili Deniz Baykal koalisiya müzakirələrini tənqid edərək tezliklə parlament seçkisi olacağını deyib. Baykal partiyasının Antalya şəhəri Korkuteli rayon təşkilatını ziyarət edib. Burda gündəmə dair məsələləri müzakirə edən Dəniz Baykal prezident Rəcəb Tayyib Ərdoğanla seçkidən sonra baş tutmuş görüşü barədə danışıb.

“Prezidentimizə artıq geri çəkilməyiniz lazımdır dedim. Millət səhv etdi deməyin, nə lazımdırsa onu edin dedim. Bizim bu görüşdən sonra prezident mətbuata açıqlama verdi və mənim dediklərimi dedi. Eqolarımızdan xilas olmalıyıq dedi. Bu çox ciddi bir özünütənqiddir”.

Baykal həmçinin AKP-nin hökumət qurmaq istəmədiyini deyib.

“MHP onsuzda mövqeyini açıqlayıb. Yəni koalisiya müzakirələri artıq teatrdan ibarətdir. Noyabrda seçki var.”
677 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 12:22