Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2015

Qardavi tutulsa edam ediləcək

Qardavi terrorra dəstək vermək, fitnə yaymaq və suriyalıları döyüşə sövq etməkdə ittiham olunur.
Suriyanın prezidenti Bəşər Əsəd misirli "İslam alimi" barədə edam qərarı verdi. Dəməşq məhkəməsi 5 nəfər barəsində verdiyi edam hökmünü açıqlayıb. Edam məhkumları arasında Yusif əl Qardavi də var.

Bundan başqa məhkumlar arasında Suriya dövləti müxaliflərindən Suriya Milli Koalisiyasının üzvü yazıçı Mişel Kilo da var. Məhkəmə həmin şəxsləri terrorra dəstək verməkdə, fitnə yaymaqda və Suriya xalqını döyüşə sövq etməkdə ittiham edir. Həmçinin bu şəxslərin Suriya dövləti ilə döyüşmək üçün silahlı insanlar təmin etdikləri iddia olunub.

Bu qərara görə, Yusif əl Qardavi, Mişel Kilo və digər 3 nəfər yaxalanacaqları təqdirdə dərhal edam olunacaqlar.

Misirin ilk seçilmiş prezidenti Məhəmməd Mursiyə dəstək nümayiş etdirdiyi üçün Qardavi daha öncə Əbdülfəttah əs Sisi tərəfindən də edama məhkum olunmuşdu. Sisinin nəzarətində olan Misir məhkəməsi Qardavini terrora dəstək verməkdə ittiham etmişdi.
733 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...