Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Sərnişin avtobusu mağazaya girdi: yaralılar var

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda "Daewoo" markalı avtobus ilə "Qaz" markalı minik avtomobili toqquşub.
Nəticədə sərnişin avtobusu yoldan çıxaraq yol kənarında olan ərzaq mağazasına çırpılıb və deformasiyaya uğrayıb.
Avtobusun sürücüsü isə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Əldə etdiyimiz məlumata görə, qəza nəticəsində 3 nəfər ağır yaralanıb. Yaralılar 43 yaşlı Rafiz Əsgər oğlu Nəcəfov, 26 yaşlı Elşən Əmirov və 22 yaşlı Hüseyn Mütəllim oğlu Əliyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanıb.
1610 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:46