Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2015

“Rusiya ilə əlaqədən başqa yol yoxdur”

Rusiya ilə diplomatik münasibətləri bərpa etmək lazımdır.

Bunu Gürcüstan parlamentinin plenar iclasında çıxış edən deputat Soso Djaçvliani söyləyib. Onun sözlərinə görə, Rusiya ilə danışıqlara vasitəçilər olmadan başlamaq lazımdır:

“Gürcüstan əraziləri işğal edilib. Biz kifayət qədər ehtiyatlı olmalıyıq ki, bu proses davam etməsin. Bu problemlərin həllinin iki yolu var: Birincisi müharibədir, ikincisi isə diplomatik münasibətləri bərpa etmək. Müharibənin nə verdiyini görmüşük. Heç kim – nə Avropa, nə ABŞ, nə də Rusiya - bizim qayğımıza qalmayacaq. Onların hər biri öz maraqları çərçivəsində hərəkət edir. Biz gərək Rusiya ilə danışıqlara başlayaq. Bundan başqa yol yoxdur”.

Qeyd edək ki, 2008-ci il avqust savaşından sonra Rusiya ilə Gürcüstan arasında heç bir diplomatik münasibət yoxdur./axar/
722 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:13