Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2015

Sabah Xədicə İsmayılın məhkəməsidir

Araşdırmaçı jurnalist Xədicə İsmayılın cinayət işi üzrə hazırlıq iclası Ağır Cinayətlər Məhkəməsində sabah - iyulun 24-də keçiriləcək. Xatırladaq ki, proses əvvəlcə iyulun 22-nə - Mətbuat gününə təyin olunsa da, sonradan vaxtı dəyişdirilmişdi. Vəkil Fariz Namazlı “Amerikanın Səsi”nə açıqlamasında bildirmişdi ki, məhkəmə prosesin vaxtının dəyişdirilməsini işlərin çoxluğu ilə izah edib.

Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatındadır.

Xədicə İsmayıl Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur.

Xədicə İsmayıla qarşı 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb.

Sonradan Tural Mustafayev mətbuat vasitəsi ilə şikayətini təzyiq altında verdiyini və şikayətindən imtina etdiyini bəyan edib.
801 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.02.17, 09:38
Vəkil izləndiyini deyir
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
<