Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2015

Diyarbəkirdə polisə hücum nəticəsində ölən və yaralanan var

Diyarbəkirdə naməlum şəxslərin polisə atəş açması nəticəsində bir nəfər qanun keşikçisi ölüb, digəri ağır yaralanıb. Bu barədə TRT xəbər verir.
Əldə olunan məlumata görə, naməlum şəxs 155 nömrəsinə zəng vuraraq, yolda qəza baş verdiyi haqda məlumat verib və yardım üçün hadisə yerinə polis patrulunun göndərilməsini xahiş edib.
Polis avtomobili göstərilən ünvana gəlib. Lakin göstərilən hadisə yerində heç bir qəzanın olmadığını görüb polislər maşından düşüblər. Bu zaman bir qrup naməlum şəxs onları atəşə tutub.
Polislərdən biri baş nayihəsindən, digəri ayağından və sinəsindən güllə yarası alıb.
Başından güllə yarası alan polis əməkdaşı Tansu Aydın hadisə yerində dünyasını dəyişib, onun həmkarı isə ağır vəziyyətdədir.
Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub, cinayətkarların tutulmasında iki helekopterdən də istifadə olunur
766 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...