Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2015

Təbii sakitləşdirici – albalı… Heç bilinməyən faydaları

Görünüşü və dadı ilə iştah açan yayın ən dadlı meyvələrindən albalı min bir dərdə dərmandır.
Albalının A, B və C vitamini, maqnezium və kalsium baxımından zəngin olduğunu söyləyən prof. dr. Ziya Mocanın fikrincə, təbii sakitləşdirici olaraq bilinən albalı sinir sistemini də gücləndirir. Həmçinin bilinməyən olduqca çox faydası vardır…

- Tərkibindəki A vitamini ilə dərini gözəlləşdirir.

- Uşaqların inkişafında yardımçıdır.
- Qan damarlarının sağlamlığını qoruyur.
- Bədəni toksinlərdən təmizləyir.
- Yüksək pektin maddəsi və həll olunan liflər sayəsində xolesterolu azaltma təsirinə malikdir.
- Fosforla zəngin albalı sinir sistemini gücləndirir.
- Sakitləşdirici xüsusiyyətə malikdir.
- Müntəzəm albalı yeyilməsi Alzheimer xəstəliyinə qarşı da təsirlidir.
- Tərkibindəki antioksidantlar sayəsində xərçəngə qarşı qoruyucudur.
- Hər gün bir ovuc albalı yeyin.
- Albalının tərkibindəki flavonoidlər oynaq xəstəliklərinə faydalıdır.
- Podaqra və revmatoid artrit xəstəliyi olanların albalı yeməsi ağrılarını azalda bilər.
- Albalının sapları sidikqovucudur.
Lakin hər şeyin ifratı zərər olduğu kimi, albalının da yeyilməsində dozasına diqqət edilməli, xroniki xəstəlikləri olanlar yeməməlidir./Saglamolun/
1017 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 12:08