Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyul 2015

Gürcüstan parlamentindən Rusiyanın əleyhinə qətnamə

İyulun 24-də Gürcüstan parlamenti "sürünən işğal haqqında" qətnamə qəbul edib. İstinadən məlumatına görə, "Rusiya Federasiyası işğalçı qüvvələrinin Gürcüstana qarşı növbəti təxribat hərəkətləri haqqında" adlanan sənəddə parlament Gürcüstanı Rusiyadan ayıran Tsxinvali regionundakı qondarma sərhəd xəttində, ölkənin Şərq-Qərb avtomobil magistralının yaxınlığında və Bakı-Supsa boru kəmərinin bir hissəsinin keçdiyi yerdə yeni lövhələrin quraşdırılmasına görə Rusiyanı pisləyib. Qətnamə "Gürcü Arzusu" partiyasının təklifi ilə qəbul edilib. Sənədi 82 deputat dəstəkləyib.

“Milli Hərəkat” tərəfindən irəli sürülən eyniadlı qətnamə layihəsinə isə 50 deputatdan 15 deputat səs verib.

Müzakirəyə çıxarılan hər iki sənədlər bir neçə maddə istisna olmaqla, əslində bir-birindən əhəmiyyətli dərəcədə fərqlənməyib.

Parlament tərəfindən qəbul edilən sənəddə Rusiyanın son vaxtlar Gürcüstanın işğal olunmuş bölgəsində de-fakto anneksiya, etnik təmizləmə, mülkiyyət və insan hüquqlarının kobud şəkildə pozulması, suverenliyi və ərazi bütövlüyünü pozan siyasətin davamı kimi təcavüzkar hərəkətləri pislənib.

Qətnaməyə əsasən, bu təxribat hərəkətləri Gürcüstanın regional və Avropa təhlükəsizliyini təmin edən Avropa və Avro-Atlantik inteqrasiyaya edilən səylərə ziddir. Sənəddə bildirilib ki, rəsmi Tiflis radikal qarşıdurmaya baxmayaraq, Rusiya ilə münasibətləri həll etmək üçün danışıqlar yolunu seçib.

Gürcüstan parlamenti qətnamədə hökuməti intensiv şəkildə ölkənin bu mövzuda mövqeyini beynəlxalq aləmə, həmçinin Cenevrə formatının beynəlxalq müzakirələrinə və BMT Təhlükəsizlik Şurasının formatına çıxarmağa çağırıb./apa/
769 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...