Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyul 2015

Blatterin üzünə pul çırpana cinayət işi açıldı

Ötən həftə FİFA prezidenti Yozef Blatterin üzünə pul çırpdığına görə dünyanın bir nömrəli gündəmi olan ingiltərəli komediya aktyoru Saymon Brodkinə qarşı cinayət işi açılıb.

Bu haqda informasiyanı Brodkin özü də İsveçrə mətbuatına verdiyi açıqlamasında təsdiqləyib. Bir andaca məşhurlaşan Brodkin baş verənləri bir daha xatırlayıb: "Mənim məqsədim kiməsə xətər yetirmək, yaxud alçaltmaq deyildi. Hətta FİFA-nın mühafizəçiləri mənim hərəkətimə gülürdülər. Bu, acı bir zarafat idi. Blatterə tərəf atdığım pullar heç də saxta əskinaslar deyildi. 600 dollar pulu orda səpələmişdim. Sonradan İsveçrə polisi pulları özümə qaytardı. Mən əminliklə deyə bilərəm ki, İsveçrə polisində rüşvət almırlar. Onlar mənim pullarımı son qəpiyinə qədər qaytardılar. Amma FİFA barədə bu sözləri demək çətindir.
924 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.1