Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyul 2015

Türkiyədə PKK silahlıları 10 polis əməkdaşını yaralayıb, daha bir polis girov götürüb

Türkiyənin Diyarbəkir və Hakkari əyalətlərində PKK terror təşkilatının törətdiyi partlayışlar nəticəsində azı 10 polis əməkdaşını yaralanıb, daha bir asayiş keşikçisi girov götürüb.

"Anadolu" agentliyinin verdiyi xəbərə görə, Diyarbəkir əyalətində polis əməkdaşlarına hücum edən naməlum şəxs əl qumbarası atıb. Partlayış nəticəsində 7 polis yaralanıb. Hakkaridə isə əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində 3 polis yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, daha bir polis PKK terrorçuları olduğu ehtimal edilən naməlum şəxslər tərəfindən girov götürülüb. Diyarbəkir -Bingöl magistral avtomobil yolu ilə hərəkətdə olan polis əməkdaşının avtomobili silahlılar tərəfindən yolda saxlanılıb. Silahlılar polisin ailə üzvlərini sərbəst buraxıblar, özünü isə girov götürərək naməlum istiqamətdə aparıblar./apa/
755 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
03.12.16, 07:48