Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Nurçular narkotika və fahişəliyi yaymaqda ittiham olunub

Kürd liderlərdən biri Cəmil Bayık dövlətin kürdlərlə apardığı sülh danışıqlarını əngəlləyənlərin məhz nurçular olduğunu açıqlayıb

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası ilə nurçu camaatı arasında son günlər yaranan gərginliyin ardınca kürd liderlərindən biri nurçulara qarşı dəhşətli faktlar açıqlayıb.

İnterAz-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, kürd liderlərdən biri Cəmil Bayık dövlətin kürdlərlə apardığı sülh danışıqlarını əngəlləyənlərin məhz nurçular olduğunu açıqlayıb.

"Özlərini əxlaq nümunəsi kimi aparmağa çalışırlar, amma bunlar görüntüdür. Əlimizdə kifayət qədər faktlar var ki, məhz bu camaat kürd gəncləri arasında narkotika və fahişəliyi yayır. Məqsəd kürd əhalisini çökdürməkdir. Fətullah Gülən AKP ilə münaqişədə üstünlük qazanmaq üçün özünü kürd tərəfdarı kimi göstərməyə çalışır. Amma hökümətin sülhə nail olmasını əngəlləyən məhz bunlardır. Elə neçə illərdir ki, Samanyolu kanalının seriallar vasitəsi ilə yürütdüyü siyasət də bunu göstərir" - deyə Cəmil Bayık bildirib.
2208 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP