Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyul 2015

Tanınmış vəkil saxlanılıb

Vəkillər Kollegiyasının üzvü saxlanılaraq polis bölməsinə aparılıb.

Hüquqşünas Ramil Qocayev “20 yanvar” metrostansiyasının yaxınlığında saxlanılaraq 29-cu polis bölməsinə aparılıb R.Qocayev bildirib ki, buna səbəb isə həmin ərazidə insanlar toplaşan yerə yaxınlaşması və nə baş verdiyi haqda maraqlanması olub: “Sumqayıt şəhərindən gələrək metronun 20 Yanvar stansiyasında maşından düşərkən bir çox insanın bir yerə toplaşmasını gördüm. Orada bədbəxt hadisənin olmasını zənn edərək digərləri kimi mən də həmin yerə yaxınlaşdım. Bu zaman yerə uzanmış şəxsin ürəyinin getdiyinin və digər şəxslərin də ona su verdiyini gördüm. Sonra da hadisə yerindən uzaqlaşmaq və eləcə də tanıdığım şəxsə zəng vurmaq üçün mobil telefonuma əl atan zaman adını və haranın polis işçisini olduğunu bilmədiyim şəxs mənə yaxınlaşaraq dedi ki, telefonla nə qurdalanırsan, niyə burada görünənləri telefonuna çəkirsən?”

Bundan sonra polis əməkdaşları vəkili Yasamal RPİ 29-cu Polis Bölməsinə aparıb orada 3 saat saxlayıblar. Həmin müddətdə onun mobil telefonunu alıb yoxlayıblar. Ramil Qocayev polislərin ona qarşı etdiyi zorakılıqla bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib və həmin polis əməkdaşlarının cəzalandırılmasını istəyib./femida/
850 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 10:02