Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyul 2015

Tunis Suriya ilə diplomatik əlaqələri bərpa edib

Tunis hökuməti Dəməşq üzrə yeni baş konsulunu təyin edib və bu ölkə ilə diplomatik əlaqələri bərpa edib.

SalamNews-un Tunisin VAT informasiya agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat verib.

Bildirilib ki, Tunis XİN diplomat İbrahim əl-Fəvarini Dəməşq üzrə baş konsul təyin edib.

Qeyd edək ki, bir neçə nəfərdən ibarət diplomat heyəti artıq bir neçə aydır, Dəməşqdədir.

Tunis 2012-ci ilin əvvəllərində - Munsif əl-Marzuqinin prezidentliyi dövründə Dəməşqlə diplomatik əlaqələri kəsib.

Bildirək ki, cari ilin əvvəlində Küveyt hökuməti də Suriya səfirliyinin ölkədə yenidən açılmasına icazə verib.

Hazırda rəsmi Qahirə də Dəməşqlə diplomatik əlaqələr qurmağa can atır. Lakin Qahirəyə maddi dəstək verən körfəzdəki ərəb ölkələrinin təzyiqi buna mane olur.
725 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı