Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyul 2015

Xədicə İsmayıldan Leyla Yunusla bağlı ilginc açıqlama

"Leyla Yunusa həbsxanada həqiqətən işgəncə verilir". Bu barədə araşdırmaçı jurnalist Xədicə İsmayıl bu gün məhkəmədə fasilə zamanı prosesi izləməyə gələnlərə məlumat verib.
O bildirib ki, bir müddət əvvəl Leyla Yunusla eyni kamerada saxlanılan qadın başqa dustaqlarla söhbətində də hüquq müdafiəçisini döydüyünü etiraf edib. Xədicə İsmayılın sözlərinə görə, hətta o, bu barədə fəxrlə danışaraq, Leyla Yunusa qarşı elədiklərinə görə təcridxana rəhbərliyinin ona yaxşı münasibət göstərdiyini deyib.
Xədicə İsmayıl eyni zamanda, həmkarlarına mesaj göndərib: "Qorxmayın, yazın, işləyin! Həbsxanada qorxulu heç nə yoxdur!"
803 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.1