Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Suriyadakı terrorçuların ən böyük silah anbarı ələ keçib

Suriya ordusu əl-Qələmun yüksəkliklərində qruplaşmaların ən böyük silah anbarını ələ keçirib
Qarşıdurmalar Hələb (şimal) və Humada (mərkəz) da davam edib

Suriyada əl-Qələmun yüksəkliklərində amansız döyüşlər davam edir.

İnterAz-ın əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, Suriyanın Livanla sərhəd zolağını əhatə edən əl-Qələmun yüksəkliklərində tərəflər arasında qarşıdurmalar hələ də davam edir. Hökümət məhnəbələri ən-Nəbək şəhəri yaxınlığında müxalifət silahlılarının ən böyük silah anbarını ələ keçirdiklərini bəyan ediblər. Silah anbarından xeyli sayda müxtəlif növ yüngül, orta silahlar aşkalranıb. Burada həmçinin çoxlu sayda minalanmış maşınlarda aşkar edilib.

Bölgənin Rima tarlaları adlanan bölgəsində xeyli sayda müxalifət silahlısı hökümət ordusunun qurduğu pusquya düşüb.

Dəra əyalətində (şərq) isə radikal “Nusra Cəbhəsi” müxalifətin digər qruplaşması “Tövhid Briqadası”nın aparıcı liderlərindən biri, Rəbi Əba-Zeydi öldürüb.

Qarşıdurmalar Hələb (şimal) və Humada (mərkəz) da davam edib.
1839 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber